Əsas məzmuna keç

Azərbaycan milli qastronomiya komandası bürünc medal qazandı

Azərbaycan milli qastronomiya komandası bürünc medal qazandı

Barselonadakı "Alimentaria 2026" turnirində kulinarlarımız uğur qazandı. Dövlət Turizm Agentliyinin dəstəklədiyi heyətin İtaliya və İspaniya ilə rəqabətindən maraqlı detallar.

en ru

milli qastronomiya komandası İspaniyanın Barselona şəhərində keçirilən I Beynəlxalq Aşpazlar Çempionatı - “Alimentaria 2026” yarışında uğurla çıxış edərək medala layiq görülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yarışda ölkəmiz Dövlət Agentliyinin dəstəklədiyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən formalaşdırılmış milli komanda ilə təmsil olunub.

Müsabiqə formatına uyğun olaraq iştirakçılar iki - başlanğıc və əsas yemək hazırlayıblar. Komandaların çıxışı beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.

Çempionatda Azərbaycanla yanaşı İspaniya, İtaliya, Portuqaliya, Mərakeş və Rumıniya komandaları iştirak edib. Münsiflər heyətinə müxtəlif ölkələri təmsil edən beynəlxalq dərəcəli kulinariya ekspertləri daxil olub.

Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası (“WorldChefs”) tərəfindən dəstəklənən çempionat beynəlxalq “Alimentaria” qida sərgisi çərçivəsində baş tutub. Tədbir qlobal qastronomiya sənayesinin aparıcı nümayəndələrini bir araya gətirən nüfuzlu platforma hesab olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…