Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib

Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib
17.07.2023 11:02
Aa
dəq

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" AMB-yə istinadən xəbər verir ki, bu, Şahin Mahmudzadədir.

Yeni təyinatla sədrin müşavirlərinin sayı 3-ə çatıb.

Ş.Mahmudzadə 1992-ci ildə Bakıda anadan olub, 2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələri ilə bitirib, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil alıb, həmçinin "Chartered Financial Analyst" (CFA) sertifikatına yiyələnib.

O, əmək fəaliyyətinə 2016-cı ildə AMB-nin Pul siyasəti departamentində başlayıb, 2018-ci ildən “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi, 2020-ci ildə şöbənin müdiri, 2021-cil ildən isə departamentin direktoru işləyib, bu aydan isə AMB-nin komandasına qoşulub.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu