Əsas məzmuna keç

“Azərbaycan İsrail şirkətlərinin Qarabağda “ağıllı şəhər” konsepsiyasında əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndirir”.

“Azərbaycan İsrail şirkətlərinin Qarabağda “ağıllı şəhər” konsepsiyasında əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndirir”.

“ İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” konsepsiyasının həyata keçirilməsi sahəsində əməkdaşlığa göstərdiyi yüksək qiymətləndirir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın naziri bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Münaqişə başa çatdıqdan sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. 9 şəhər və yüzlərlə kənd bərpa olunacaq və yenidən qurulacaq. Bu layihələr “ağıllı şəhər” konsepsiyasına əsaslanır. Biz İsrail tərəfinin bu sahədə əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndiririk”, - Bayramov bildirib.

Xarici işlər naziri həmçinin 2020-ci il Vətən Müharibəsindən əvvəl və onun dövründə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə İsrailə təşəkkür edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…