Əsas məzmuna keç

Azərbaycan İrandan 1761 xarici vətəndaşın təxliyəsini təmin edib

Azərbaycan İrandan 1761 xarici vətəndaşın təxliyəsini təmin edib

ABŞ-İsrail hərbi gərginliyi fonunda 66 ölkənin əcnəbi sakini Azərbaycan sərhədi ilə təhlükəsiz zonaya çıxarıldı. Çin və Rusiya daxil, geniş siyahı və təfərrüatlar.

en ru

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1761 nəfər sərhədi vasitəsilə təxliyə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” “Report”a istinadən xəbər verir ki, təxliyə olunan şəxslər 66 ölkənin vətəndaşlarıdır.

Statistikaya görə, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.

Digər ölkələrin vətəndaşları arasında ən yüksək göstəricilər Çin (487), (282), Tacikistan (173) və Pakistan (118) üzrə qeydə alınıb.

Bundan əlavə, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İspaniyadan 20, ndan 18, İrandan 21, Fransadan 16, Gürcüstandan 13, Bolqarıstan və Konqodan 10 nəfər sərhədi keçib.

Siyahıda həmçinin Braziliya və Britaniyadan 8, Belarus və Özbəkistandan 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Kanadadan 6, Serbiya, Nigeriya, Qazaxıstan, Əfqanıstan və Çexiyadan 5 nəfər yer alır.

Hərəsindən 4 nəfər olmaqla Bəhreyin, İordaniya, İsveçrə, Şri-Lanka, Yaponiya, , , Macarıstan, Belçika və Küveyt vətəndaşları; hərəsindən 3 nəfər olmaqla Qətər, Banqladeş, Meksika, Filippin, Finlandiya, Rumıniya və Xorvatiya vətəndaşları təxliyə edilib.

Siyahının sonunda isə hərəsindən 2 nəfər olmaqla Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kipr; hərəsindən 1 nəfər olmaqla Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, İsveç, Almaniya və Vatikan vətəndaşları qərarlaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…