Əsas məzmuna keç

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Vəliyevin rəhbərlik etdiyi Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra tədbirlərdə iştirak edib. Baş hərbi prokuror V.G.Petrov və digər rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da dərinləşməsindən danışıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin bildirib ki, Ümummilli Liderin siyasətini müasir müstəvidə davam etdirən İlham Əliyevin rəhbərliyi ilə ən yeni tarixi uğurlarla səciyyələnib:

"Onun qətiyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın əzmkarlığı, Silahlı Qüvvələrimizin qüdrəti və hərbçilərimizin qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında qalmış dədə-baba torpaqlarımız 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində azad edilib. Bir sutkadan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ərazilərimiz erməni işğalçılarından təmizlənib və ərazi bütövlüyümüz bərpa olunub. Hazırda erməni vandalizminə məruz qalmış ərazilərdə dövlətimizin başçısının və birinci xanımın şəxsi nəzarətləri ilə abadlıq-quruculuq işləri həyata keçirilir."

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə gedərək, təhsil müəssisəsinin "prokuror-müstəntiq", "maliyyə-iqtisad fakültələrində, "Kriminalistika" və digər kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış olublar. Bundan əlavə, azərbaycanlı kursantlarla görüşüb, onların təhsil, məişət şəraitləri, qayğı və problemləri ilə maraqlanılıb.

Bundan sonra nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…