Operativ Məlumat Mərkəzi

Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar

1 dəq
Paylaş:
Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev...

Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) gümüş, Qurban Qurbanov isə (77 kq) mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər