Azərbaycan FHN-nin Türkiyəyə göndərilən xilasedicilərin və yardımın həcmi açıqlanıb

Azərbaycan FHN-nin Türkiyəyə göndərilən xilasedicilərin və yardımın həcmi açıqlanıb
17.02.2023 10:26
Aa
dəq

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı açıqlanıb.

FHN-dən"Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, göndərilən yardımların siyahısı aşağıdakı kimidir:

Xilasetmə və tibbi personal 760 nəfər, xilasetmə iti 8 baş, mobil səhra hospitalı (7 konteynerlə) 2 ədəd, xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi 3 ədəd, xadır (müxtəlif ölçülü) 2630 ədəd, qızdırıcı 707 ədəd, çarpayı 540 ədəd, böyük gücə malik generator 5 ədəd, ədyal 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, geyim dəsti 8000 ədəd, corab (cüt) 20000 ədəd, masa 650 ədəd, oturacaq 2000 ədəd, iplik dəsmal 7000 ədəd və digər ləvazimatlar göndərilib.

Qeyd edək ki, Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb. Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bugünədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu