Əsas məzmuna keç

"Azərbaycan Ermənistanın cəzasızlığına son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək"

"Azərbaycan Ermənistanın cəzasızlığına son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək"

"Mart qırğınlarının 105-ci ildönümündə tərəfindən azərbaycanlılara qarşı soyqırımı, ayrı-seçkilik və təmizləmə siyasətinin günahsız qurbanlarını dərin hüzn və rəhmətlə anır, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatında əksini tapıb.

Bildirilib ki, ədalətin bərpa olunmasının regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyinə inanan Azərbaycan, öz növbəsində mövcud beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…