Əsas məzmuna keç

Azərbaycan ərazisindən Ermənistana gübrə və antrasit daşınıb - YENİLƏNİB

Azərbaycan ərazisindən Ermənistana gübrə və antrasit daşınıb - YENİLƏNİB

Ermənistana qanunsuz yollarla nəql edilən kimyəvi maddələr və daş kömür növü ilə bağlı təfərrüatlar məlum olub. Sərhəddəki gizli tranzit sxemi ifşa edildi.

en ru

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana daşıyan qatar " Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

***

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür ) saat 11:30-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…