Əsas məzmuna keç

Azərbaycan dövlət başçısı Uruqvay Prezidentini təbrik edib

Azərbaycan dövlət başçısı Uruqvay Prezidentini təbrik edib

Prezident İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalle Pouya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,...

İlham Şərq Respublikasının Prezidenti Luis Lakalle Pouya ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…