Azərbaycan çimərlik futbolu millisi Avropa Superfinalında B divizionuna düşüb

Azərbaycan çimərlik futbolu millisi Avropa Superfinalında B divizionuna düşüb
25.09.2023 09:29
Aa
dəq

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalında B divizionuna düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yığma İtaliyanın Alqero şəhərində təşkil olunan turnirdə 14-cü yeri tutaraq, A divizionunu tərk edib.

Komanda sonuncu oyununu Moldovaya qarşı keçirib. Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən moldovalılar (4:1) qələbə qazanıblar.

Azərbaycan yığmasının heyətində Orxan Məmmədov və Sabir Allahquliyev fərqləniblər.

Həftənin ən çox oxunanları