Azərbaycan boksçusu erməniyə qalib gəlib

Azərbaycan boksçusu erməniyə qalib gəlib
10.03.2024 18:41
Aa
dəq

Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb.

1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.

Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.

Qeyd edək ki, Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.

Həftənin ən çox oxunanları

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
DAVAMIN OXU davamın oxu

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər
DAVAMIN OXU davamın oxu

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək
DAVAMIN OXU davamın oxu

"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

DAVAMIN OXU davamın oxu