Azərbaycan boksçusu Avropa birinciliyində ermənini nokaut edib

Azərbaycan boksçusu Avropa birinciliyində ermənini nokaut edib
24.08.2023 09:22
Aa
dəq

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib.

Federasiyadan "Operativ Məlumat Mərkəzi-OMM" saytına verilən məlumata görə, Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.

Şahin Aslanov (52 kq) gürcüstanlı Snadro Kapanadzeni məğlub edib. O, 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.

Səftər Məmmədzadə (90 kq) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq.

Digər boksçularımızdan Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) Avropa birinciliyini bürünc medalla bitirib. Müvafiq olaraq, Aleksandr Savçiuç (Moldova) və Kiril Bonderenko ilə döyüşlərdə rəqib mərhələ adladığından yığma üzvləri 3-cü yeri tutublar

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu