Əsas məzmuna keç

Azərbaycan biznes turizmi potensialını ilk dəfə Honq Konqda təqdim edir

Azərbaycan biznes turizmi potensialını ilk dəfə Honq Konqda təqdim edir

ATB tədbirdə yerli turizm sənayesi tərəfdaşları, Bakı Konqres Mərkəzi və “MICE & Travel” şirkəti ilə birlikdə Azərbaycanı təmsil edir.Platforma...

en ru

Turizm Bürosu (ATB) 18-19 mart tarixlərində Çinin xüsusi inzibati ərazisi olan Honq Konq şəhərində keçirilən “ Hong Kong” 2026 (CMHK) tədbirində ölkənin biznes potensialını ilk dəfə təqdim edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ATB tədbirdə yerli turizm sənayesi tərəfdaşları, Bakı Konqres Mərkəzi və “MICE & Travel” şirkəti ilə birlikdə Azərbaycanı təmsil edir.

Platforma çərçivəsində Azərbaycanın işgüzar turizm sahəsində artan potensialı, eləcə də konfranslar və irimiqyaslı tədbirlərin təşkili üçün mövcud infrastruktur və imkanlar beynəlxalq iştirakçılara təqdim olunur.

“Connect Marketplace Hong Kong” (CMHK) Asiya regionunda işgüzar tədbirlər sənayesi üzrə aparıcı B2B platformalardan biri hesab olunur və qlobal alıcılar ilə təchizatçıları bir araya gətirərək yeni tərəfdaşlıqların qurulmasını təşviq edir.

Tədbir iştirakçılara əsas qərarverici şəxslərlə birbaşa əlaqə qurmaq, Asiya bazarında mövqelərini genişləndirmək və biznes əlaqələrini inkişaf etdirmək üçün əlverişli imkan yaradır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…