Əsas məzmuna keç

Azərbaycan-Andorra matçını hansı hakimlər idarə edəcək?

Azərbaycan-Andorra matçını hansı hakimlər idarə edəcək?

Qadın millimizin DÇ seçmə mərhələsindəki Bakı görüşünü Vesna Miletiç idarə edəcək. Bank Respublika Arena-dakı oyunun ədalət təmsilçiləri və detalları ilə tanış olun.

en ru

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin dünya çempionatının mərhələsində Andorra ilə Bakıda keçirəcəyi oyununa təyinatlar açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Vesna Miletiçə Merima Homaraç və Nevena Markoviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Senida Petak yerinə yetirəcək.

Xatırladaq ki, - Andorra qarşılaşması aprelin 18-də, saat 17:00-da " Respublika Arena"da start götürəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…