Əsas məzmuna keç

Azərbaycan-Almaniya XİN-ləri Bakıda siyasi müzakirələr apardı

Azərbaycan-Almaniya XİN-ləri Bakıda siyasi müzakirələr apardı

Bakıda Fariz Rzayev və Niklas Vaqner Ermənistanla sülh, enerji layihələri və bərpa işlərini müzakirə ediblər. Berlinlə diplomatik təmasların mühüm detalları burada.

en ru

Aprelin 10-da Bakıda Respublikası və Federativ Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə nazirinin müavini Fariz Rzayev, Almaniya nümayəndə heyətinə isə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Niklas Vaqner rəhbərlik ediblər.

Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, davamlı siyasi dialoqun saxlanılması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, , və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə məlumat təqdim edilib. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…