Polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 47 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yabanı halda bitmiş 3,4 ton çəkidə 16345 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.