Əsas məzmuna keç

İran sərhədində PUA vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb

İran sərhədində PUA vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin əməkdaşları qanunsuz dövriyyənin qarşısını alıb. Pilotsuz uçuş aparatı ilə qaçaqmalçılıq cəhdi necə ifşa olundu? Təfərrüatlar burada.

ru en

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin ərazisində aparılmış sərhəd axtarışı və tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş (PUA) vasitəsilə İrandan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…