2025-ci ildə bir Azərbaycan vətəndaşı Ermənistandan sığınacaq istəyib. Ermənistanın Statistika Komitəsinin məlumatına görə, müraciət edən şəxs 35-64 yaş aralığında kişidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə factor.am saytının məlumatında bildirilir.
Ötən il Ermənistanda ümumilikdə 600 nəfər sığınacaq üçün müraciət edib. Onların arasında ən çox İran vətəndaşları – 197 nəfər olub. Bundan başqa, Ukraynadan 86, Rusiyadan 44, Əfqanıstandan 34, Misirdən 34, Kubadan 30, Suriyadan 29, İraqdan 27, Nigeriyadan 16 və Livandan 11 nəfər sığınacaq istəyib.
Məlumata görə, yeddi Türkiyə vətəndaşı da Ermənistandan sığınacaq tələb edib. Onlardan biri azyaşlı qız, altısı isə 35 yaşdan yuxarı kişilərdir.