Operativ Məlumat Mərkəzi

Bakalavrlar üçün qəbul imtahanına sənəd qəbulu bu gün başa çatır

2 dəq
Paylaş:
Bakalavrlar üçün qəbul imtahanına sənəd qəbulu bu gün başa çatır

Qəbul imtahanında iştirak etmək istəyən bakalavrların ərizələrinin qəbulu vasitəsilə aparılır. İmtahanda iştirak üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, 26 yanvar saat 09:00-a olan məlumata əsasən, ümumilikdə 20 346 ərizəsini təsdiq edib. Onlardan:

18 542 nəfər bölməsi,

1 804 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

Sənəd qəbulunda iştirak etmək istəyən və şəxsi kabineti olmayan əvvəlcə ekabinet.dim.gov.az saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Daha sonra ərizə vermək üçün tələb olunan məbləğ şəxsi kabinetdəki hesaba əlavə edilməlidir. Ödəniş üsulları barədə məlumatı epayment.dim.gov.az internet səhifəsindən əldə etmək mümkündür.

Bunun ardınca bakalavr şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını dolduraraq təsdiq etməlidir. Qeyd olunur ki, yalnız elektron ərizəsini təsdiq etmiş bakalavrlar imtahanda iştirak edə biləcəklər.

Qəbul imtahanı 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni imtahana 4–5 gün qalmış çap edə biləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax