Külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu əməliyyat Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in Komitəyə istinadən verdiyi məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Türkiyədən gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən və gömrük orqanına bəyan olunmayan müxtəlif adda dərman preparatları aşkar olunub. Müsadirə edilən qaçaqmalçılıq faktına aşağıdakılar daxildir:
- 10 449 konvalyut
- 1 269 qutu
- 848 flakon
- 68 ədəd iynə
Hazırda faktla bağlı müvafiq araşdırma aparılır.