Əsas məzmuna keç

Buzovnada məhkumun avtomatı tapıldı

Buzovnada məhkumun avtomatı tapıldı

Xəzər rayonunda gizlədilən AKS-74U markalı odlu silah və sursat aşkarlandı. Penitensiar xidmət və DİN-in birgə əməliyyatının təfərrüatları və gizli məkan bəllidir.

en ru

Bakı şəhəri rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində məhkuma məxsus avtomat aşkarlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin xidmətinin aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində gizlədilmiş silah-sursat tapılıb.

Məlum olub ki, məhkum tərəfindən həbs edilməmişdən əvvəl sözügedən ərazidə, əsas yoldan kənarda daşların arasında 1 ədəd "AKS-74U" markalı avtomat , 1 ədəd ona məxsus daraq5 ədəd 5.45 kalibrli güllə gizlədilib. Həmin maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…