Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçdi

2 dəq
Paylaş:
İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçdi

İslam Təşkilatına (İƏT) üzv dövlətlərin İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.

Qeyd edək ki, 40-dan çox ölkənin parlament , 10-dan çox ölkə spikeri və 10 təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.

Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və , Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.

Sessiya iyunun 25-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax