Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda yüz minlərlə sənədsiz tikili mövcuddur – rəsmi açıqlama

3 dəq
Paylaş:
Azərbaycanda yüz minlərlə sənədsiz tikili mövcuddur – rəsmi açıqlama

Azərbaycanda sənədləri olmayan və ya hüquqi baxımdan rəsmiləşdirilməsi mümkün olmayan tikililərin sayı yüz minlərlə ölçülür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat “ əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat” zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Nigar Alimova tərəfindən açıqlanıb.

Rəsmi statistika üçün inventarlaşdırmaya ehtiyac var

Nigar Alimovanın sözlərinə görə, ölkə üzrə sənədsiz tikililərin dəqiq sayını müəyyən etmək üçün genişmiqyaslı inventarlaşdırma işlərinin aparılması zəruridir. O qeyd edib ki, hazırda mövcud müraciətlər əsasında aparılan təxmini hesablamalara görə, Azərbaycanda 400–500 minə yaxın sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur.

İdarə Heyətinin sədri əlavə edib ki, qeyri- tikililəri üzrə daxil olan müraciətlərin müqayisəli təhlili göstərir ki, faktiki vəziyyətdə fərdi yaşayış tipli sənədsiz tikililərin sayı bu rəqəmdən ən azı 10 dəfə çox ola bilər.

çıxarışlarla təmin edilən ailələrin sayı açıqlanıb

Nigar Alimova bildirib ki, Prezidentinin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı Fərmanı çərçivəsində mühüm nəticələr əldə olunub. Belə ki, dövlət vəsaiti hesabına 60 928 ailə elektron çıxarışla təmin edilib.

Bununla yanaşı, 413 423 vətəndaş dövlət aktı əsasında hüquq sahibi olmaqla elektron çıxarış əldə edib.

Qeyri-yaşayış obyektləri üzrə görülən işlər

Prezidentin qeyri-yaşayış təyinatlı tikililərin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı çərçivəsində də müvafiq tədbirlər həyata keçirilib. Bu proses zamanı:

23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələri üzrə yerquruluşu planları hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub;

4 602 qeyri-yaşayış binası üzərində hüquqları rəsmiləşdirilərək sahibləri elektron çıxarışlarla təmin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax