Əsas məzmuna keç

AZAL bir neçə reysi ləğv edib

AZAL bir neçə reysi ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib:

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Ləğv edilən reyslər:

• Bakı-Lahor-Bakı
J2 145/146
• Bakı-Mumbai-Bakı
J2 059/060
• Bakı-Dammam-Bakı
J2 8205/8206

uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reyslər ləğv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Ləğv edilən reyslər:

• – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
• Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
• Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)

Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…