Əsas məzmuna keç

"Azadlıq prospekti” metrostansiyasından avtobusla Sumqayıta getmək mümkün olub

"Azadlıq prospekti” metrostansiyasından avtobusla Sumqayıta getmək mümkün olub

“Azadlıq prospekti”ni Sumqayıtın Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərir....

Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Bakı Metropoliteni" QSC-nin "Azadlıq prospekti” stansiyasından şəhərinə avtobus reysi təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" AYNA-ya istinadən xəbər verir ki, “Azadlıq prospekti”ni Sumqayıtın Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərir.

Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır.

Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus və metro vasitəsilə “Avtovağzal” stansiyasına və Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür. HUB-dan Bakı və Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…