Avtobus və metroda sərnişin daşımanın qiyməti dəyişdi

Avtobus və metroda sərnişin daşımanın qiyməti dəyişdi
30.06.2024 20:54
Aa
dəq

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.

"Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərara alır:

1. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilsin (əlavə olunur).

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik müəyyən edilib.

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Həftənin ən çox oxunanları

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var
DAVAMIN OXU davamın oxu

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb
DAVAMIN OXU davamın oxu

"Zəngilan" tankeri istismara verildi, Prezident mərasimdə iştirak etdi - YENİLƏNİB

DAVAMIN OXU davamın oxu

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan Polisi 106 yaşında - VİDEO

Azərbaycan Polisi 106 yaşında - VİDEO
DAVAMIN OXU davamın oxu