Avropa İttifaqının (Aİ) Kiyevə Rusiya aktivlərindən əldə edilən gəlirlər müqabilində 35 milyard avroya qədər kredit ayırmasını təsdiqləməsi Brüssel üçün növbəti uğursuzluq idi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avstriya Azadlıq Partiyasından (APS) Avropa Parlamentinin üzvü Petra Şteqer deyib.
“Avropa İttifaqının Ukraynaya bu yaxınlarda razılaşdırılmış 35 milyard avro krediti Avropa İttifaqının tamamilə yanlış kursunun növbəti nümunəsidir”, - deyə siyasətçi bildirib.
Steger Rusiyanın aktivlərinin dondurulmasını iqtisadi müharibə çərçivəsində addım adlandırıb.