Avstraliyanın Cənubi Uels ştatında kiçik mühərrikli mülki təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" Avstraliya mediasına istinadla xəbər verir ki, “Cirrus SR22” tipli təyyarə paytaxt Kanberradan havaya qalxandan bir qədər sonra Kuinbian şəhəri yaxınlığında qəzaya uğrayıb. Polisinin məlumatına görə, təyyarənin yerə çırpılması nəticəsində yanğın meydana gəlib. Yanğın söndürüləndən sonra pilotun və təyyarədə olan 3 uşağın meyiti tapılıb.
Qəzanın hansı səbəbdən baş verməsi bilinmir.