Avstraliyanın K'qari-Fraser adasında dinqonun hücumuna məruz qalan məktəbli qız xəstəxanaya aparılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Xilasedicilər bildiriblər ki, məktəbli uşaq üzərkən dinqo onu tutmağa çalışıb və bir neçə saniyə su altında saxlayıb.
Ailə üzvləri onu dinqodan xilas ediblər, lakin it məktəbli qızın başını və barmaqlarını dişləyib.
Təcili yardım briqadaları qızı vertolyotla xəstəxanaya çatdırmazdan əvvəl hadisə yerində tibbi yardım göstəriblər.