Operativ Məlumat Mərkəzi

Avstraliya Ukraynaya 73,5 milyon dollarlıq yardım paketi verəcək

1 dəq
Paylaş:
Avstraliya Ukraynaya 73,5 milyon dollarlıq yardım paketi verəcək
bu barədə “Reuters” Avstraliyanın Baş naziri Entoni Albanizə istinadən məlumat yayıb. Hərbi yardım paketinə 28 “M113” zirehli maşını, 14 xüsusi təyinatlı...

Avstraliya hökuməti Ukraynaya 73,5 milyon dollarlıq yardım paketi verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Reuters” Avstraliyanın Baş naziri Entoni Albanizə istinadən məlumat yayıb.

Hərbi yardım paketinə 28 “M113” zirehli maşını, 14 xüsusi təyinatlı maşın, 28 orta ölçülü yük maşını və 14 qoşqu daxildir. Həmçinin Avstraliya Ukraynadan idxal olunan malların rüsumsuz girişini daha 12 ay müddətinə uzadacaq.

“Bu əlavə dəstək Rusiyanın qeyri-qanuni, əsassız və əxlaqsız müharibəsi qarşısında böyük şücaət göstərməyə davam edən Ukrayna xalqına köməklik göstərməklə real dəyişiklik yaradacaq”, - E.Albaniz bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər