Operativ Məlumat Mərkəzi

Avstraliya müdafiə sahəsinə daha çox sərmayə qoymağı planlaşdırır

2 dəq
Paylaş:
Avstraliya müdafiə sahəsinə daha çox sərmayə qoymağı planlaşdırır
bu barədə ölkənin baş naziri Entoni Albanese bildirib. O qeyd edib ki, milli təhlükəsizliyimizə qarşı təhdidlərin davamlı olaraq artdığı bir mühitdə biz...

Çin bölgədəki hərbi mövcudluğunu artırarkən, Avstraliya silah-sursat istehsal edə bilmək üçün müdafiə sahəsinə daha çox sərmayə qoymağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albanese bildirib.

O qeyd edib ki, milli təhlükəsizliyimizə qarşı təhdidlərin davamlı olaraq artdığı bir mühitdə biz artıq köhnə məlumatlarımıza etibar edə bilmərik.

"Biz milli təhlükəsizliyimizi gücləndirəcək və yarana biləcək çağırışlara hazır olmağımızı təmin edəcək hesabatın nəticələrini dəstəkləyirik".

Avstraliya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Anqus Houston və keçmiş müdafiə naziri Stiven Smit tərəfindən hazırlanan hesabatda hökumətin müdafiəyə cari xərclərindən daha çox pul xərcləməsi, müdafiə ləvazimatları və sursatların ölkə daxilində istehsal edilməsi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər