Əsas məzmuna keç

Avstraliya Hörmüz boğazına hərbi gəmi göndərməyəcək

Avstraliya Hörmüz boğazına hərbi gəmi göndərməyəcək

Nazir Ketrin Kinq Yaxın Şərqdəki missiya ilə bağlı rəsmi Kanberranın qərarını elan etdi. Donald Trampın çağırışı və İran təhlükəsinə dair mühüm detallar:

ru en

hökuməti boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqə hərbi gəmi göndərməyəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstraliyanın naziri Ketrin Kinq Avstraliya Yayım Korporasiyasına müsahibəsində danışıb.

Nazir bu açıqlamanı ABŞ Prezidenti Trampın Hörmüz boğazından maneəsiz keçidi təmin etmək üçün təxminən yeddi ölkədən hərbi gəmilərin yerləşdirilməsini istədiyi barədə məlumatlara münasibət bildirərkən verib.

Ketrin Kinq bildirib ki, Avstraliyaya belə bir müraciət daxil olmayıb.

“Biz Hörmüz boğazına gəmi göndərməyəcəyik. Bunun nə qədər vacib olduğunu bilirik, lakin bizdən belə bir şey istənilməyib”, – deyə o qeyd edib.

"Associated Press"in məlumatına görə, ötən həftə Avstraliya İranın mümkün hücumlarından müdafiə məqsədilə BƏƏ-yə Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi və raketlər verəcəyini açıqlayıb.

Bununla belə, hökumətin bəyanatında Avstraliyanın “İrana qarşı hücum xarakterli əməliyyatlarda iştirak etmədiyi” vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…