Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı liderləri əsas vəzifələrə namizədləri təsdiqləyib

1 dəq
Paylaş:
Avropa İttifaqı liderləri əsas vəzifələrə namizədləri təsdiqləyib

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri növbəti beş il üçün Avropa institutlarının yüksək vəzifələrə təyinatlarını təsdiqləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Şurasının sabiq rəhbəri Şarl Mişel "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Ursula Fon der Lyayen Avropa Komissiyasının rəhbəri vəzifəsinə 5 il müddətinə təsdiq edilib, Estoniyanın Baş naziri Kaya Kallas Aİ-nin Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Portuqaliyanın sabiq Baş naziri Antonio Kosta isə Avropa Şurasının rəhbəri seçilib.

Təyinat üçün Avropa Parlamentində səsvermə keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər