Əsas məzmuna keç

Avropa çempionatı: Azərbaycanın qadın güləşçiləri məğlub olub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçiləri məğlub olub

Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksələ bilməyib. "Operativ Məlumat...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksələ bilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 50 kq dərəcəsində çıxış edən Şəhanə Nəzərova moldovalı Mariya Leordaya qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə uduzub.

55 kq-dakı Elnura Məmmədova polşalı Angelika Mitkovskanı məğlub etsə də, 1/4 finalda isveçli Emma Malmqrenə yenilib.

68 kq-dakı Nigar Mirzəzadə ilk görüşündə slovakiyalı Suzanna Molnara ilə bacarmayıb.

82 kq-da mübarizə aparan Yunan-Roma güləşçisi İsmayıl Rzayev isə təsəlliverici görüşdə polşalı Adam Qardziolaya məğlub olub.

Bu gün həmçinin yunan-Roma güləşçiləri qarşılaşmalarına çıxacaqlar. 60 kq-dakı Elmir finalda Melkamu Fetene ilə, 72 kq-dakı Qurban Qurbanov İrfan Mirzoyevlə (), 97 kq-dakı Murad Əhmədiyev Aleks Şoke ilə (Macarıstan) güləşəcək.

67 kq-dakı Həsən Məmmədli bürünc medal uğrunda görüşdə İvo İliyevin (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…