AVRO-2024: Rumıniya E qrupunun birincisi olub

AVRO-2024: Rumıniya E qrupunun birincisi olub
26.06.2024 22:08
Aa
dəq

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Frankfurt Arena”dakı matç heç-heçə ilə yekunlaşıb - 1:1.

24-cü dəqiqədə Ondrey Duda Slovakiyanı hesabda önə çıxarıb. 37-ci dəqiqədə isə Razvan Marin penalti zərbəsini dəqiq yerinə yetirərək "status kvo"nu bərpa edib.

Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Rumıniya qrup birincisi olub.

Həftənin ən çox oxunanları