Operativ Məlumat Mərkəzi

AVRO-2024: İspaniya ilk finalçı olub

1 dəq
Paylaş:
AVRO-2024: İspaniya ilk finalçı olub
Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1. Görüşdə hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci...

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1.

Görüşdə hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə fərqlənən Dani Olmo imza atıb.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək Niderland - İngiltərə matçından sonra aydınlıq gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər