AVRO-2024: Bu gün 1/4 final mərhələsinin oyunları start götürür

AVRO-2024: Bu gün 1/4 final mərhələsinin oyunları start götürür
05.07.2024 08:07
Aa
dəq

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.

Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.

Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.

AVRO-2024

1/4 final

5 iyul

20:00. İspaniya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

23:00. Portuqaliya - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".

Həftənin ən çox oxunanları

Arif Əsədov milli komandadan ayrılıb

Arif Əsədov milli komandadan ayrılıb
DAVAMIN OXU davamın oxu

"Turan Tovuz" legioneri ilə yollarını ayırıb

DAVAMIN OXU davamın oxu

Luçesku Rumıniya millisinə qayıdır

Luçesku Rumıniya millisinə qayıdır
DAVAMIN OXU davamın oxu

Quardiola: Holann sağlamlıq problemləri yaşayır

Quardiola: Holann sağlamlıq problemləri yaşayır
DAVAMIN OXU davamın oxu

UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub

UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub
DAVAMIN OXU davamın oxu