Cari ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barel olub. Bunun 498 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Energetika Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.