Əsas məzmuna keç

“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb

“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb

“Atəşgah məbədi” abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb. Bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara...

“Atəşgah məbədi” abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Bu məqsədilə nominasiya sənədi hazırlanacaq.

Qeyd edək ki, hazırda “Atəşgah məbədi” UNESCO-nun müvvəqəti siyahısındadır. Ümumilikdə Azərbaycandan UNESCO-nun Ümumdünya İrs Siyahısında 5 , müvəqqəti siyahısında isə 10 obyekt var.

“Atəşgah məbədi” yarımadasında, Suraxanı rayonunun, Suraxanı kəndi yaxınlığında yerləşir. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. " evi" və ya "Alov yeri" anlamı verən bu məbəd XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib.

Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145 min nəfər ziyarət edir.

1998-ci ildə Atəşgah Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.

Muzey biletləri

  1. Atəşgah məbədi 2 AZN · Əcnəbi 15 AZN
  2. Qız Qalası 5 AZN · Əcnəbi 19 AZN
  3. Şirvanşahlar Sarayı 7 AZN · Əcnəbi 24 AZN
  4. Bakı zooparkı 7 AZN · Əcnəbi 15 AZN
  5. Yanar dağ 2 AZN · Əcnəbi 15 AZN

Yerli böyük bilet qiymətləri; operatorun öz səhifəsindən və ya iTicket.az-dan 26 oktyabr tarixində yoxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…