Operativ Məlumat Mərkəzi

Arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs Gürcüstanda saxlanılıb, ekstradisiya olunacaq

1 dəq
Paylaş:
Arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs Gürcüstanda saxlanılıb, ekstradisiya olunacaq
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən və Gürcüstana qaçan şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən və Gürcüstana qaçan şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər