"Espanyol"un qapıçısı Joan Qarsiya İngiltərə klubuna keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Həmçinin oxuyun
Jessi Bisivu "Atletiko" və "Barselona"nın transfer hədəfidir
Mənbənin məlumatına görə, futbolçunun xidmətində Londonun “Arsenal” klubu maraqlıdır.
"Topçular" transfer pəncərəsi bağlanana qədər futbolçunu almağa çalışacaq.
"Transfermarkt" portalı Joanın dəyərini 800 min avro olaraq qiymətləndirir.
Qarsiya 2021-ci ilin yayından "Espanyol" klubunun futbolçusudur. Tərəflər arasında müqavilə 2028-ci ilin iyun ayının sonunda başa çatır.