Qəzza zolağında İsrail ordusunun həyata keçirdiyi PUA zərbəsi nəticəsində bir fələstinli həyatını itirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Deyr əl-Bələh şəhərində məcburi köçkünlərin sığındığı çadır İsrail ordusuna məxsus PUA tərəfindən hədəfə alınıb.
Zərbə nəticəsində 27 yaşlı Məhəmməd Əbdünnasir Əbu Əsəd ölüb, daha iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzzanın cənubundakı Xan Yunus şəhərində də gərginlik davam edir. İsrail ordusunun zirehli texnikalardan məcburi köçkünlərin yerləşdiyi çadır düşərgələrinə atəş açdığı, lakin xəsarət alan olmadığı bildirilib.
Bundan başqa, Xan Yunusda əvvəlki hava hücumu zamanı yaralanan daha bir fələstinlinin öldüyü açıqlanıb.