Ermənistan Qazaxıstanın paytaxtında öz səfirliyi üçün yeni bina tikəcək.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” erməni mediasına istinadən xəbər verir.
Qərar bu gün Ermənistan Nazirlər Kabinetinin iclasında təsdiq edilib. Tikintidən sonra bina Ermənistan Respublikasının mülkiyyətinə keçəcək.
Tikintinin həyata keçirilməsi üçün 1,5 milyon dollar tələb olunacaq.