Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Rusiyaya səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, o, fevralın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Rusiya XİN-in rəsmi nümayəndəsi də, Lavrovun Ermənistan Alen Simonyanla görüşəcəyini təsdiqləyib.