Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Robert Köçəryan barəsində iki aylıq həbs qərarı verildi

2 dəq
Paylaş:
Robert Köçəryan barəsində iki aylıq həbs qərarı verildi

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti haqqında iki ay müddətinə qətimkan tədbiri seçib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə "Sputnik "a istinadən xəbər verir.

R. Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb.

Ermənistan mediası qeyd edib ki, hakim Sarkis Dadoyanın sədrliyi ilə keçirilən iclas hələ dünəndən başlayıb. Gecə R. Köçəryan həkimlərin göstərişi ilə xəstəxanaya çatdırılıb və məsələnin baxılması onun iştirakı olmadan davam edib.

İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.

Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə