Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İtaliyada film kimi soyğun cəhdi

1 dəq
Paylaş:
İtaliyada film kimi soyğun cəhdi

İtaliyada film ssenarilərini xatırladan səs-küylü soyğun cəhdi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Brindizi və Leççe şəhərləri arasındakı qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan zirehli pul avtomobil bir qrup maskalı şəxsin hücumuna məruz qalıb.

Yerli mətbuatın yaydığı xəbərlərə görə, cinayətkarlar əvvəlcə bir vasitəsini yandıraraq yolu kəsiblər. Daha sonra zirehli maşındakı vəsaiti ələ keçirmək məqsədilə avtomobilin qapılarını partlayıcı maddə ilə partlatmağa çalışıblar.

Hadisə yerinə dərhal müdaxilə edən qüvvələri ilə soyğunçular arasında silahlı atışma yaşanıb. Müqavimətlə qarşılaşan və planları baş tutmayan hücumçular ərazidən qaçmağa nail olublar.

Faktla bağlı aparılan araşdırmalar çərçivəsində artıq 2 şübhəli şəxs saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax