Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampın Mar-a-Laqo mülkünə girən silahlı şəxs öldürüldü

2 dəq
Paylaş:
Trampın Mar-a-Laqo mülkünə girən silahlı şəxs öldürüldü

“Mar-a-Lago malikanəsinin təhlükəsiz zonasına daxil olan şəxs güllələnib”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, fevralın 22-də ABŞ Prezidenti Donald Trumpın Mar-a-Lago malikanəsinin təhlükəsiz zonasına daxil olan şəxs agentləri tərəfindən güllələnib.

Hadisənin Şimali Karolinadan olan 21 yaşlı rəssam Austin Martin tərəfindən törədildiyi bildirilir. İddialara əsasən, o, Trampın mülkünün açıq qapılarından başqa bir avtomobil ərazini tərk edərkən içəri daxil olub.

Palm Police Department bəyan edib ki, təcavüzkara üzərində olan iki əşyanı – qaz balonunu və ov tüfəngini yerə atmaq əmri verilib. “Bu zaman o, qaz balonunu endirib və ov tüfəngini atəş mövqeyinə qaldırıb”, – deyə polis bildirib. Bundan sonra agentləri təhlükəni zərərsizləşdirmək üçün atəş açıblar.

Austin Taker Martin hadisə yerində ölüb.

Amerika mediasının məlumatına görə, insident baş verən zaman Tramp və ailə üzvləri malikanədə olmayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax