Operativ Məlumat Mərkəzi

Argentinada konstitusiya islahatına qarşı aksiya keçirilir

2 dəq
Paylaş:
Argentinada konstitusiya islahatına qarşı aksiya keçirilir
qarşıdurma nəticəsində hər iki tərəfdən bir neçə nəfərin xəsarət aldığı bildirilir. Aksiya zamanı etirazçılar Çili və Boliviyaya aparan yolları...

Argentinanın Purmamarka şəhərində regional konstitusiya islahatına etiraz edən aborigen Kolla milləti ilə təhlükəsizlik qüvvələri arasında şiddətli qarşıdurma olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində hər iki tərəfdən bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Aksiya zamanı etirazçılar Çili və Boliviyaya aparan yolları bloklayıblar. Polis isə yolu açmağa çalışıb, bu məqsədlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar polisə daşla hücum ediblər. Qarşıdurma zamanı bir jurnalist və regionun deputatı həbs olunub.

Etiraz aksiyaları daha əvvəl bölgənin litium mədənlərində aparılan fəaliyyətinə qarşı başlayıb. Aborigen əhali bu mədənlərin ona məxsus olduğunu bildirirlər.

Daha sonra konstitusiyaya etiraz aksiyaları zamanı yolların bloklanmasının qadağa edilməsi maddəsi əlavə olunub. Etirazçılar bildirirlər ki, rəhbərlik bununla öz işini daha da asanlaşdırmağa çalışır.

Qeyd edək ki, Argentina litiumun 4-cü ən çox böyük istehsalıçısıdır. Dünya litium rezervnin böyük hissəsi Çili, Boliviya və Argentinada yerləşir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər