Əsas məzmuna keç

“Araz-Naxçıvan” heyətinə braziliyalı qapıçı cəlb edib

“Araz-Naxçıvan” heyətinə braziliyalı qapıçı cəlb edib

Artur Auqusto Da Silva ilə rəsmi müqavilə bağlandı. İndoneziya və Portuqaliya klublarında çıxış edən 27 yaşlı qolkiper Naxçıvan təmsilçisinin yeni transferidir.

en ru

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçunun keçidini açıqlayıb.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, braziliyalı qapıçı Artur Auqusto Da ilə 1 illik müqavilə imzalanıb.

27 yaşlı karyerası ərzində ölkəsinin “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense” və “Feyrense” klublarının qapısını qoruyub. Da Silva son olaraq İndoneziyanın “Semen Padanq” komandasında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…